F-1.az xatırladır ki, Maqnussen keçən həftə Belçika Qran Prisində idarətetməni itirərək ağır qəzaya uğramışdı. Qəzadan sonra yarış qırmızı bayraqlarla dayandırılmışdı. Maşından düşərkən bir qədər axsayan Renault sürücüsü xəstəxanaya aparılmış, onun ciddi zədəsinin olmadığı, sadəcə sol ayaq biləyində kiçik bir kəsiyin olduğu bildirilmişdi.
Renault komandası rəsmi twitter səhifəsində Maqnussenin son müayinələrdən uğurla keçdiyini və Montsada yarışacağını bildirib.