F-1.az xəbər verir ki, şəxsi twitter hesabında Niko Hülkenberqi transfer edən Renault-nun özü barədə verəcəyi qərarı gözlədiyini bildirən Kevin komandada qalmaq istədiyini bildirib.
Kevin Maqnussen: “İndyCar-a keçəcəyim barədə xəbərlər çıxıb. O seriyadan xoşum gəlir, amma deyilənlərin heç bir əsası yoxdur. Hələ bir neçə il də Renault-da qalmaq istəyirəm. Lakin təəssüflər olsun ki, komanda mənim gələcəyim barədə hələ heç nə deməyib. Ümid edirəm ki, yaxın zamanlarda açıqlama verilər. Səbirsizlənirəm”.
Qeyd edək ki, keçən ilin oktyabr ayına qədər McLaren Honda-nın test sürücüsü olan Kevin ilin sonunda Brayan Hertanın İndyCar komandası ilə danışıqlar aparırdı. Lakin Herta Maqnussenin komandaya keçidinə müsbət cavab verməmiş, komandasını isə Andretti Autosport ilə birləşdirmişdi. Komanda hazırda Andretti-Herta adlanır və sürücülərindən biri Aleksandr Rossidir.