K.Maqnussen ilk günü məyus bağlayıb

Haas komandasının sürücüsü cümə gününü məyus formada bağladığını deyib.

F-1.az xatırladır ki, danimarkalı sürücü Avstraliya QP-nin ikinci sərbəst yürüşlərində su sızıntısı ilə bağlı problem yaşayıb və sadəcə 8 dövrə vuraraq, 19-cu yeri tutub.

Kevin Maqnussen: “Bu gün yaşadığımız problemləri təcili formada təhlil etməli və həll yollarını tapmalıyıq. Ümid edirəm ki, sabaha qədər bolidi yaxşı vəziyyətə gətirərik. Hazırda strategiya cəhətdən planımız yoxdur. Yağış ehtimalı var. Belə olsa, işlər qarışacaq. Sabahı yaxşı dəyərləndirib, yarışa maksimum səviyyədə hazırlaşmalıyıq. Mən problem yaşasam da, Qrojan yaxşı gün keçirtdi. Bu da bolidin rəqabətədavamlı olduğunu göstərir. Buna görə də sevincliyəm. Ümid edirəm ki, boliddəki problemləri həll edərək, mübarizəyə qoşularıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*