F-1.az xatırladır ki, 2017-ci ilin Macarıstan yarışında iki pilot insident yaşamış və daha sonra Maqnussen rəqibini təhqir etmişdi.
Niko Hülkenberq gələn ikl Haas-da yarışacaq və o deməkdir ki, köhnə düşmənlər artıq komanda yoldaşı olacaqlar.
Kevin Maqnussen: “Hamı 2017-ci ilin Macarıstan yarışında yaşadığımız kiçik insident barədə danışır və bunu gətirir. Lakin ona çox böyük hörmətim var və bunu daha əvvəl də demişdim.
Onu bir insan kimi hələ tanımıram. Gələn il tanış olacağıq və bunu səbirsizliklə gözləyirəm. Komanda üçün çox böyük dəyər olacaq”.