F-1.az xatırladır ki, danimarkalı sürücü son mövsümü Renault ilə keçirmiş, amma komanda ilə yeni müqavilə barədə razılığa gəlməyərək, Haas-a transfer olunmuşdu.
Kevin Maqnussen: “İlk dəfə Formula1-də iki mövsüm ard-arda qalıram. Buna görə də mövsüm başlamamışdan əvvəl idman etməli və fiziki inkişafımı nəzarətdə saxlamalıyam. Yeni macəraya görə çox həyəcanlıyam.
Renault ilə gözəl günlər keçirdim. Orada öyrəndiklərimi heç vaxt unutmayacam, amma rəqiblərimizdən çox geridə idik və xal uğrunda mübarizə apara bilmədik. Ümid edirəm ki, yeni komandamla gözəl mövsüm keçirdərik və uğurlu nəticələr alarıq”.