F-1.az xatırladır ki, amerikalılar keçən il ilk mövsümlərində mükəmməl performans göstərərək, 29 xalla 8-ci yeri tutmuşdular. Haas komandası bu il ilk 8 yarışdan sonra 21 xal toplayıb.
Kevin Maqnussen: “Sözün açığı, düşünürəm ki, çox yaxşı bolidimiz var. Hər yarışda ən azı bir maşınla xal almağımız mümkündür. Orta qrupda böyük mübarizə var və biz də bunun içindəyik. Problemsiz keçən həftəsonlarından yaxşı xallar aldıq, amma yaşadığımız problemlərə görə önəmli xallar itirdik. Haas komandası keçən il ilk mövsümündə əla performans göstərdi və bu il daha güclü və təcrübəliyik. Nə edəcəyimizi bilirik. Ümid edirəm ki, problemsiz həftəsonları hesabına ən yaxşı xalları toplayarıq”.