K.Maqnussen: Hər şeyi sınadıq

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, Monakoda yüksəlmək üçün əlindən gələni edib.

F-1.az xatırladır ki, danimarkalı sürücü yarışa 17-ci yerdən başlasa da, yarış ərzində yaxşı hücumlar edib və bir enşə yer yüksəlib, amma yağış başlayandn sonra o qumar oynayaraq, quru hava təkərlərində qalıb. Ancaq bu qumar tutmasığı üçün sonuncu yerə qədər geriləyib.

Kevin Maqnussen: “Yarışda hər şeyi sınadıq. Hamının etdiyinin tərsini etməyə çalışsaq da, işə yaramadı. Quru havada hər şey maraqlı idi, amma yağış başlayanda ümid etdim ki, ya təhlükəsizlik maşını ya da qırmızı bayraq çıxar. Lakin olmadı. Sonuncu yerə gerilədik. Sərt yağış təkərlərini gptürdük, amma onları işlədə bilmədik. Buna görə də yarış bizim üçün bitdi.

İlk onluqdan geridə olsanız, risk almağa başlayırsınız. Biz də yarışda bunu etdik, amma işə yaramadı. Gələn həftə başqa bir fürsətimiz olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*