F-1.az xatırladır ki, Maqnussen Formula Ford seriyasında uzun illər çıxış edib.
Kevin Maqnussen: “Formula1-in indiki versiyasında sürüş tərzinizi tam göstərə bilmirsiniz. Hər şey arasında balansı tapmalısınız. Sadəcə lazım olan şeyləri etməlisiniz. Bu bolidlər digər seriyalarda maksimumu aldığım bolidlər kimi deyil. Artıq risk yoxdur. Hazırda vəziyyət bu formadadır. Gələn il dəyişə bilər. Ümid edirəm ki, dəyişər və daha enli təkərlərlə və daha çox asfaltayatma qüvvəsi iıə güclü bolidlər sürərik. İndiki bolid daha çox mühərrik gücünə sahibdir. Həmişə sürüşür. Trasa yapışmış kimi hiss etmirsiniz. Limitlərə gəlmək asan olur. Pitdən çıxandan etibarən limitdə olursunuz. Sadəcə hər şeyi düzgün etməlisiniz. Bu, mənim təcrübəmdən fərqlidir.
Elə bil Formula Ford bolidi sürürsünüz. Orada da həmişə sürüşürsünüz və limitdə gedirsiniz”.
Alonso da Maqnussenin sözləri ilə razıdır: “Elə bil yağışda sürürük. Keçmişdəki yarışlara bənzəyirlər. Təkərlər trasların çoxunda işləmirlər. Digər traslar da hamı üçün eynidir. Buna görə də adaptasiya olmalıyıq. Amma çox yavaş sürürük. Yarış tempində 1.47 və ya 1.48 ilə gedirik. GP2 bolidləri 1.47 ilə gedirdilər. Başqa heç nə”.