F-1.az xatırladır ki, danimarkalı sürücü keçən mövsüm Bəgreyndə dördüncü yeri tutmuşdu.
Kevin Maqnussen: “Bu mövsümdə fiziki cəhətdən hazır başlayıram və keçən ilə nisbətən daha güclüyəm. Mövsümöncəsi testlər də yaxşı keçdi.
Nikonu testlərdə çox görə bilmədim, çünki o sürəndə mən izləyirdim, o izləyəndə mən sürürdüm. Yaxşı geribildirimlər verirdi və stabil idi. Yaxşı test keçirdi. Buna görə güclü olacağını düşünürəm.
Orta qrupda haradayıq bilmirəm. Mövsüm uzundur. Hər şey inkişafdan asılı olacaq. Bu bolid sürətli sektorlarda çox güclüdür və yaxşı təəssürat bağışlayır. Komanda olaraq yaxşı işlədik və yeni mövsümə hazırıq”.