F-1.az xatırladır ki, danimarkalı sürücü 2014-cü ildə McLaren komandasında debüt etmiş və 2016-cl ildə Renault komandasına transfer olunmuşdu. Maqnussen gələn ildən etibarən Haas komandasının şərəfini qoruyacaq.
Kevin Maqnussen: “Haas McLaren və Renault-dan fərqli komandadır. Mənim üçün daha əlverişlidir.
Mənim Formula1 karyeramda bəxtim gətirməyib. İki böyük komandada yarışsam da, hər ikisində də onların zəif dövrünə düşmüşəm.
Haas bu komandalardan fərqli olaraq nə istədiyini bilir. Komandanın başındakı insanlar əsl döyüşçüdürlər və komandanın uğuru üçün hər şey edirlər. Onların məqsədi təkcə pul qazanmaq deyil. İdmanı sevdikləri üçün buradadırlar.
Mən də bu düşüncədəyəm və buna görə də Haas komandasında özümü daha rahat hiss edəcəm. Komandanın sponsorları Renault-nun sponsorlarından müstəqildirlər və məncə, bu gözəl bir şeydir. Mövsüm başlayana qədər ən yaxşı formada hazırlaşıb ilk yarışda yaxşı performans göstərmək istəyirəm”.