F-1.az xatırladır ki, danimarkalı sürücü bundan əvvəl McLaren və Renault kimi komandalarda çıxış etmiş, lakin bu mövsüm Formula1-də ikinci mövsümünü keçirən Haas komandasına transfer olunmuşdu.
Kevin Maqnussen: “Haas komandasında daha az təzyiqlə üzləşirəm. Burada heç kim məndən xarüqələr yaratmağımı gözləmir və bunun hesabına rahat yarışıram. Bu bütün sürücülərin istədiyi şeydir. Beləliklə, yaxşı nəticələr qazanıram. Haas komandası bizdən qələbələr gözləmir. Təbii ki, bu gözəl olardı, amma bizim müəyyən tutumumuz var və buna əsasən qarşımıza hədəflər qoyuruq. Bacardığımız qədər çox xal toplamağa çalışırıq. Komanda da bizdən bunu istəyir. Komandada motivasiya yüksək səviyyədədir”.