F-1.az xatırladır ki, Cin Haas və Günter Ştayner keçən il Montsada Maqnussenlə danışıqlar aparmış, lakin sonradan Roman Qrojanı komandaya gətirmişdilər. Digər sürücü kimi isə Ferrari ilə əlaqələri olan Esteban Qutyerres seçilmişdi.
Haas Maqnussenə müqavilə təklif etsə də, Qutyerreslə də danışıqları davam etdirir. Haas rəhbərliyi eyni zamanda Qutyerresə başqa komandalarla danışıqlar aparmağa icazə verib. Haas-ın Maqnussenə etdiyi təklif 2017-ci və 2018-ci illər üçündür və heç bir sponrosluq şərti irəli sürülməyib. Maqnussen hələ də Renault-dan gələn il üçün təklif almayıb və müqavilənin uzadılması üçün nəzərdə tutulan vaxtdan artıq bir neçə həftə keçib. Lakin Kevin Renault-nun namizədləri arasındadır. Əgər o, komandasından təklif almazsa, Haas-ın təklifinə müsbət cavab verə bilər…