K.Maqnussen Haas-a keçməyə hazırlaşır?

Autosport-un iddiasına görə, Haas komandası danimarkalı sürücü ilə danışıqları davam etdirir və yaxın zamanlarda tərəflər arasında müqavilə imzalanacaq.

F-1.az xatırladır ki, Haas komandasının rəhbəri Günter Ştayner Meksika Qran Prisindən əvvəl Kevin Maqnussenlə danışıqlar apardıqlarını bildirmişdi. Maqnussen ilk növbədə Renault-da qalmaq istəsə də, komandanın hələ də qərar verməməsi sürücünü məyus edib. Renault Kevini namizədlər arasında saxlayır. Qərarın gecikdirilməsi əslində Kevin üçün digər komandalarla da danışıqlar aparmaq üçün imkan yaradır.

Autosport-un bəzi mənbələrdən aldığı məlumatlara görə, Maqnussen Renault-nun komandada görmək istədiyi sürücülər siyahısında birinci deyil. O, 2015-ci ildən bəri Haas-ın hədəfindədir. Ştayner də onunla hər zaman əlaqə saxladıqlarını, yaxşı sürücü olduğunu etiraf edib. Maqnussenin Haas-a keçidi baş tutarsa, Qutyerresin də Renault-ya keçmə ehtimalı yüksələ bilər. Meksikalı sürücü bu il yenidən yarışlara qayıtdıqdan sonra beş yarışda 11-ci olsa da, heç bir yarışda xal qazana bilməyib.

 

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*