F-1.az xəbər verir ki, bu gün Haas-ın sürücüsünün əməliyyatın uğurlu keçib, lakin o, 24 saatlıq Daytona marafonundan geri çəkilməli olacaq.
Kevin sosial şəbəkədəki şəxsi hesabından yazıb: “Qolumdakı əməliyyat yaxşı keçdi, amma həkimlər mənə Daytonada maşın sürməməyi məsləhət gördülər. Gələn həftə sonu MDK Motorsports komandasına uğurlar diləyirəm!”
Kevin Maqnussenin fevralın 23-də Bəhreyndə başlayacaq mövsümöncəsi testlər üçün tam sağalması gözlənilir.