K.Maqnussen: Əlimdən heç nə gəlmir

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, əlindən heç nə gəlmir.

F-1.a xatırladır ki, danimarkalı sürücü sıralanma turunun əvvəlindən güc qurğusu problemi yaşayıb və gerilərdə qalıb.

Kevin Maqnussen: “Nə olduğunu bilmirəm, amma güc qurğusu ilə bağlı problem var idi, amma elektrik problemlər də ola bilər. Hazırda heç nə bilmirəm. Dövrə vurmaq istədim, amma motoru qorumağımı tələb etdilər. Bu da mənə baha başa gəldi.

Son dövrəmdə hər şey yaxşı idi və gözəl dövrə ilə gedirdim. Bunlar məyusedicidir. Ancaq yaxşı tərəfdən baxsaq, bu sıralanma turunda baş verdi və yarışda yüksələ bilərik. Bu hadisənin burada olması daha yaxşıdır. Sabah sprintdə də sıralanma turu var və orada əsl potensialımızı göstərməyə çalışacağıq”.

Başqa nə edə bilərəm? Maşında özümü yaxşı hiss edirdim. Mənimlə bağlı problem deyildi. Belə şeylər məyusedici olsa da, ağlamayacam. İşləməyə davam etməliyəm”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*