F-1.az xəbər verir ki, Kevin Maqnussen Renault ilə müqavilə bağlamazdan əvvəl DTM-ə keçməyi düşündüyünü, buna çox yaxın olduğunu etiraf edib: “Təbii ki, mənim üçün əsas olan Formula1 idi, amma burda yarışmaq şansı yox idisə, mənə başqa avtoidman növlərinin də qapıları açıq idi. Amma bir qədər düşündükdə özümü o yarışlarda təsəvvür edə bilmədim…
DTM və İndyCar-a göz gəzdirdim. Əslində DTM-ə keçməyə də çox yaxın idim. Çünki o seriyanı həmişə sevmişəm. Daha yaxşısını gözləmirdim, ümidim yox idi. Bu mənim seçimim deyildi. Amma müqavilə bağlamaq üzrə olarkən bu şans yarandı və bura – Renault -ya, yəni, Formula1-ə gəldim. Orda olmadığım üçün xoşbəxtəm və indi olmaq istədiyim yerdəyəm…”