F-1.az xatırladır ki, daha əvvəl Fernando Alonso, daha sonra isə Ləns Stroll Daytonada yarışmaq qərarına gəlmişdilər. İndi isə Haas komandasının sürücüsü Kevin Maqnussen də bu eşqə düşüb. Bəzi iddialara əsasən, danimarkalı sürücü prototip sinifində yarışacaq.
Ekstra Bladet xəbər verir ki, Maqnussen 24 saatlıq Daytona marafonunda yarışacaq bir komanda ilə müqavilə bağlamağa çox yaxındır. Danimarkalı sürücü Haas komandasının tərəfdaşı Dallara vasitəsilə Action Express Racing komandasına keçəcək.
Qeyd edək ki, Kevinin atası Yan Maqnussen də Corvette komandası ilə 24 saatlıq Daytona marafonunda yarışacaq. Haas komandası bu barədə açıqlama verməkdən imtina edib.