F-1.az xatırladır ki, danimarkalı sürücü Braziliyada heç kimin gözləmədiyi anda poul qazanıb. O, dəyişkən hava şəraitindən istifadə edərək həm özünün, həm də Haas komandasının Formula1-dəki ilk poulunu əldə edib.
Kevin Maqnussen: “Nə deyəcəyimi bilmirəm. Komanda əla işlədi. Yaxşı dövrə vurdum və poul qazandıq. İdmandan bir il uzaq qaldıqdan sonra qayıtdım və bizim üçün əla çağırış idi. Bunu heç ağlımdan belə keçirməmişdim”.