F-1.az xatırladır ki, Kevin Maqnussen testlərin ilk günündə problemlər yaşayıb. Əvvəlcə bolid pitə girərkən xarab olub və ondan sonra 10-cu döngədə baryerlərə çırpılıb.
Amma danimarkalı sürücü nahara qədər 15 dövrə vurduqdan sonra builki bolidlərin əvvəlki bolidlərdən fərqli olduğunu anlayıb: “Bolid stabildir. Xüsusən də yüksək sürətlərdə fərqi daha yaxşı anlayırsınız. Daha yaxşı başa düşmək üçün bolidi limitlərdə sürməlisiniz. Hazırda əsas hədəfimiz daha çox məsafə qət edib, detalların işləməsinə əmin olmaqdır.
Bu gün testlərdə problemlər yaşadıq. Arxa təkərim bloka düşdü. Elə bil hərəkətdə olan avtomobildə əl əyləcini dartmışdım. Arxa tərəfin idarəetməsini itirdim və divara sürtüldüm. Beləliklə, ön qanad zərər gördü. Çox böyük problem deyil. Sadəcə əyləcləri sazlamaq lazımdır. Bu gün bəzi şeyləri öyrəndik. Bəxtim gətirdi ki, daha çox problem yaşamadıq”.