F-1.az xatırlaıdr ki, danimarkalı sürücü Avstraliya yarışının 3-cü dövrəsində Markus Erikssona çırpılmış və asılqan probleminə görə yarışı dayandırmalı olmuşdu.
Kevin Maqnussen: “İlk yarışda Roman bolidin rəqabətədavamlı olduğunu hamıya nümayiş etdirdi. Mənim üçün pis yarış oldu. Təbii ki, ilk yarışda rəqabətədavamlı olmağımız sonrakı yarışlarda da belə olacağı mənasına gəlmir, amma komandada hamı çoxlu işləyir və bunun nəticəsini alacağımıza əminəm. Yaşadığımız problemlərə görə ilk yarış həftəsonunda bolidi çox sürə bilmədim. Ümid edirəm ki, Çində mövsümün ilk xallarını alaram. Mənim üçün əsas çox sürətli bolid deyil, əsas etibarlı boliddir”.