K.Maqnussen birinci pilot olacaq

Renault komandasının icraçı direktoru Siril Abitebul bildirib ki, Kevin Maqnussen bu il komandanın lideri olacaq...

F-1.az xəbər verir ki, Colion Palmer bu mövsüm Formula1-də debüt edəcək, amma Kevin Maqnussen 2014-cü ildə McLaren komandasında yarışıb.

Siril Abitebul komandanın sürücü heyəti barədə danışıb: “Mən düşünürəm ki, komandamızın yaxşı pilot heyəti var. Sürücülərimiz gəncdir və özlərini sübut etmək istəyirlər.

Hər iki sürücümüz özlərini sübut etmək istəyirlər. Onlar Formula1-də olmağa layiqdirlər və biz təcrübə qazandıqca onlar da təcrübə qazanacaqlar.

Onların çempionluq qazanmaq potensialı var və bunu artıq bir dəfə sübut ediblər. Colion GP2-də, Kevin isə Formula Renault 3.5 seriyasında Dünya Çempionu titulunu qazanıblar.

Kevin fitri istedaddır və texniki cəhətdən də biliklidir. Colion isə güclü komanda yoldaşından çox şey öyrənməlidir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*