F-1.az xatırladır ki, danimarkalı sürücü peletonda əksər pilotlar tərəfindən sevilmir. Bunun səbəbi isə 27 yaşlı sürücünün aqressiv sürüş tərzidir.
Kevin Maqnussen: “Bilərəkdən etmirəm. Rəqiblərimə hörmət edirəm. Qaydalara trasdakı ağ xətlər kimi baxıram. O xətlərə nə qədər çox yaxınlaşsanız, o qədər sürətli olarsınız. Onlardan uzaq qalmaq lazım deyil. Mənim barədə deyilənlərə və yazılanlara fikir verməməyə çalışıram”.