K.Maqnussen Bakı üçün pozitivdir

Haas komandasının sürücü Kevin Maqnussen bildirib ki, komanda yoldaşı Hülkenberqin xal qazanmasına görə sevinclidir.

F-1.az xatırladır ki, danimarkalı sürücü mövsümə yaxşı başlamayıb və ilk 3 yarışda komanda yoldaşı Hülkenberqdən geridə qalır. Avstraliyada isə Hülkenber 8-ci olaraq, 4 xal qazanıb və xal hesabında da Kevinin önünə keçib.

Kevin Maqnussen: “Əlbəttə, mənim Avstraliya performansım yaxşı deyildi, amma Niko xal qazandı və bu gözəl xəbərdir. Yaxşı performans göstərməsəm də, komanda yoldaşım onluğa düşdü. Bu yaxşıdır, çünki Mühəndislər Kubokunda bacardığımız qədər yaxşı bir yer tutmaq istəyirik. Bunun üçün mövsüm ərzində stabil nəticələr əldə etməliyik.

Növbədə Bakı yarışı var. Ümid edirəm ki, qalib gələrik. Keçən il orada onluğa düşə bildik., amma sonra maşının motoru dayandı. Tempimiz yaxşı olsa da, mexaniki problemlər bizi yarı yolda qoymuşdu. Ümid edirəm ki, bu dəfə problem yaşamarıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*