F-1.az xatırladır ki, mövsümün ilk 8 yarışından ikisi ləğv edilib. Altı yarış isə təxirə salınıb. Formula1 rəhbərliyi hazırda yeni təqvim yığmağa çalışır və 15-18 yarış keçirməyi hədəfləyir.
Kevin Maqnussen: “Altı yada 18 yarış keçirmək dəlilikdir. Əgər mümkündürsə, edin. Ancaq belə olan halda ailəmizi bir də 2022-ci ildə görəcəyik. Mümkünsüz deyil, ancaq çətindir. Tezliklə yarışmaq istəyirik”.