F-1.az xatırladır ki, danimarkalı sürücü sıralanma turunda 6-cı olsa da, Rikkardonun cəza alması ilə yarışa 5-ci yerdən başlayacaq.
Kevin Maqnussen: “Xoşbəxtəm. Uğurlu sıralanma turu çox vacibdir. Keçən il döngələrdə stabil deyildik və ən zəif nöqtəmiz idi. Roman keçən il Avstraliyada builki nəticələrimizi əldə etmişdi. Yarışda yaxşı performans göstərməyə çalışacağıq. Stabil olmaq üçün daha artığını etməliyik. Komandamla fəxr edirəm. Beşinci başlamaq əhvalımızı yaxşılaşdırdı. Daniel cəzalıdır və Bottas geridən başlayır. Yerimizi qorumaq çətin olacaq. 7-cilik böyük uğurdur. Əsas Renault və McLaren-i qabaqlamaqdır. Bunun üçün yarışacağıq”.