K.Maqnussen: “11 ay sonra yenidən sükan arxasında olmaq əla hissdir”

F-1.az xatırladır ki, Renault-nun yeni pilotu Kevin Maqnussen dünənki testlərdə 107 dövrə vurub və 4-cü nəticəni göstərib.

Kevin Maqnussen: “Bu çox gözəl hissdir. Bu qədər müddətdən sonra Formula1-ə qayıda bildiyim üçün xoşbəxtəm. İlk test günümü qənaətbəxş hesab etmək olar. Xeyli məsafə qət etdik. Yenidən sükan arxasına keçərək işləmək üçün səbrsizlənirəm”.

Xatırladaq ki, Maqnussen Formula1-də 2014-cü ildə McLaren komandasında debüt edib, 2015-ci ili isə ehtiyat sürücü kimi keçirib. Keçən ilin ilk yarışında Fernando Alonsonu əvəzlədikdən sonra heç bir yarışa çıxmayan danimarkalı bu il Renault-da Pastor Maldonadonu əvəzləyir…

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*