F-1.az xatırladır ki, Kuartararo bu il mövsümün ortasında 91 xallıq üstünlüyə malik olsa da, bunu qoruya bilməyib və mövsümün sonunda Françesko Banyayadan 19 xal geridə qalaraq, titulu əldən verib.
Buna baxmayaraq, fransalı sürücü Yamaha ilə yarışan pilotlar arasında podiuma çıxan tək sürücü idi. Yamaha ilə yarışan digər sürücülər – Franko Morbidelli, Kel Kratçlov, Andrea Dovitsiozo və Derrin Binderin birlikdə topladığı xalları hesablasaq, Kuartararodan 186 xal geridə qalırlar.
Kel Kratçlov: “Fabio ən yaxşı sürücüdür və bunu onunla yarışdığım üçün demirəm. Mən nə sürdüyümü bilirəm. Hazırda peletondakı ən güclü sürücü odur, çünki baş heç bir pilot o motosikletlə o uğurları qazana bilməzdi.
Pekkonun uğuruna kölgə salmaq olmaz. Çempionat ərzində yaxşı performans göstərdi. Eynilə Ducati də. O mükəmməl sürücüdür, ancaq Fabio əla sürücüdür və inanılmaz işlər görür. O motosiklet ilə bir neçə xal almaq belə çətindir”.