K.Kobayaşının Super Formula-da komanda yoldaşı Kartikeyan oldu

İki sabiq Formula1 pilotu eyni komandada çıxış edəcək.

F-1.az xatırladır ki, sabiq Formula1 pilotu Kamui Kobayaşi keçən ildən Super Formula-da Team Le Mans-ın sürücüsü kimi çıxış edir.

Komandadan verilən açıqlamada aprelin 24-də Suzukada başlayacaq mövsümdə Kamuinin komanda yoldaşının başqa bir sabiq Formula1 pilotu hindistanlı Narain Kartikeyan olacağı bildirilib.

Narain Kartikeyan: “Bu, böyük və qələbə qazanmaq potensialı olan komandadır. Kobayaşı sürətli pilotdur. Təcrübəsini nəzərə aldıqda mənim üçün yaxşı komanda yoldaşı və güclü rəqib olacaq”.

Qeyd edək ki, Kobayaşı Formula1-də 2009-cu ildə Toyota komandası ilə debüt edib. Növbəti 3 ildə Sauber-də çıxış edən yaponiyalı sürücü 2013-cü ildə WEC-də çıxış etdikdən 1 il sonra Caterham ilə Formula1-ə qayıdıb. Ümumilikdə 75 yarışda start alıb və ən yaxşı nəticəsi 2012-ci ildə öz ölkəsində qazandığı podium olub. Yarışda 3-cü olub və bu onun Formula1 karyerasındakı yeganə podium uğurudur. Super Formula karyerasına keçən il başlayıb və mövsümü 20 xalla 6-cı yerdə tamamlayıb.

Narain Kartikeyan isə Formula1-də 2005-ci ilə Jordan komandasının pilotu kimi debüt edib. Onun Formula1-ə 2-ci qayıdışı 2011-ci ilə təsadüf edir. İki il HRT komandasında çıxış edib və 2012-ci ildə Formula1 karyerasını nöqtələyib. Karyerası boyu 46 yarışda start alıb. Ən yaxşı nəticəsi 2005-ci ildə keçirilən ABŞ Qran Prisində qeydə alınıb. Cəmi 6 pilotun start aldığı yarışda 4-cü yeri tutub.

 

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*