K.Horner yeni təkərlərdən ümidlidir

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, 2018-ci ildəki təkərlər daha maraqlı yarışlar vəd edir.

F-1.az xatırladır ki, Pirelli yeni qaydalardan sığortalanmaq üçün 2017-ci ildə daha sərt təkərlər istehsal etmişdi. Amma bu ildən etibarən təkərlər daha yumşaq olacaq. Bundan başqa italiyalı istehsalçı idmana 2 yeni təkər növü (HyperSoft, SuperHard) gətirib.

Kristian Horner: “Hər iki sürücümüz də HyperSoft təkərləri bəyəndi. Hər şey yaxşı idi, amma hələ təkmilləşməlidirlər. Əbu Dabi yarışı Formula1 üçün yaxşı deyildi. Tras ötmələrə əlverişsiz olsa da, tək pit-stoplu yarışların da təsiri oldu. Təkərlərin yumşalması yarışları maraqlı edəcək. Tək pit-stoplu yarışlar çox maraqsız olur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*