K.Horner: Yeni reqlament əladır

Red Bull komandasının rəhbəri Kristian Horner yeni reqlamentə təriflər yağdırıb.

F-1.az xatırladır ki, 2022-ci ildə Formula1-də texniki reqlament dəyişilib və Red Bull komandası hər iki cəbhədə asanlıqla çempion olub. Onlar 22 yarışdan 17-də qələbə qazanıblar.

Əslində yeni texniki reqlamentin məqsədi mübarizəni və ötmələri artırmaq idi və statistikalar da bunu təsdiqləyir.

Kristian Horner: “Keçən mövsüm bizim üçün əla oldu. Lakin yarışlarda maraq artdı və düşünürəm ki, Formula1 üçün də hər şey ürəkaçan olub.

Bu il əvvəlki illərə nisbətən ötmələr 25 faiz artıb. 2021-ci ili düşünsək, yeni reqlamentə ən son biz fokuslanmağa başlamışdıq. Belə güclü maşın düzəldib, Bəhreyndə iki maşınla mübarizəni vaxtından əvvəl dayandırsaq da, geridönüş edə bildik. Hədəfimiz bəlli idi və ora çatmaq üçün işlədik.

Bolidi düzgün formada təkmilləşdirdik. Onu yüngülləşdirə bildik və Maksın performansı əla idi. İlk yarışlarda Ferrari ilə mübarizə apardıq. Mayami, Səudiyə və Bəhreyn yarışlarını xatırlayın. Bizim üçün inanılmaz mövsüm idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*