Kristian Horner: “Bu gün nümayiş etdirilən maşın Bəhreyndə görəcəyinizdən çox fərqlidir. Biz komandanın gələn il üçün planları, əlimizdə olan tərəfdaşlar və təbii ki, Ford ilə müqavilə haqqında daha çox danışdıq. ABŞ-da təqdimat keçirmək komandamız üçün bir ilkdir. Bu gün gördükləriniz bir neçə həftədən sonra Bəhreyndə trasda görünəcəkləri əks etdirmir “.
Xatırladaq ki, Red Bull-un 2023-cü il mövsümü üçün maşınının təqdimatı dünən – fevralın 3-də Nyu-Yorkda baş tutub.