K.Horner: Xərclər F1 üçün faciədir

Red Bull komandasının rəhbəri Kristian Horner büdcə limitindən şikayətçidir.

F-1.az xatırladır ki, 2022-ci ildə hər komandaya 140 milyon dollar büdcə limiti qoyulub. Lakin dünyada gedən inflyasiyaya və artan karqo xərclərinə görə bu pul komandalara azlıq edir.

Kristian Horner: “Detallar və işçilərin maaşları çox pul aparır. Buna görə də inflyasiyanın da artması ilə büdcə limiti problemə çevrilib. Bunlar bizim nəzarətimizdə deyil. Belə hallar Formula1 üçün faciədir. Burada mənəvi problem var və həll olunmalıdır. FİA ilə Liberty Media hazırda bu barədə düşünür.

Bolidi necə yığmağınız sizdən asılıdır. Bu mühəndislərlə birlikdə gördüyünüz işdir. Ancaq dünyada baş verən inflyasiya bizdən asılı deyil. Britaniyada inflyasiya 11 faizə qədər yüksəlib. Bu da işçilərin maaşına, xam maddəyə, detalların hazırlanmasına təsir edir. FİA bu məsələni həll etməlidir.

Heç kim bu inflyasiyanı gözləmirdi. Bu barədə ən çox danışan mən olsam da, ən böyük problem bizim komandada deyil. Mercedes bizdən daha çox adam işlədir və maaşları yüksəkdir. Ferrari-nin də xərcləri çoxdur.

Əvvəllər məhdudiyyətin daha çox olmasını istəyən komandaların limiti aşma ehtimalı olsa, başa düşəcəksiniz ki, yalnız təkmilləşmə xərclərə təsir etmir. Yarışlar, daşınma xərcləri, enerji və ehtiyat hissələri xərcləri çox artırır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*