K.Horner: Titulu təmin etməmişik

Red Bull-un rəhbəri rəqiblərinin mövsümlərarası fasilədə onun komandası qədər irəliləyiş əldə etməməsinə təəccüblənir, lakin titulun təmin etməkdən uzaq olduqlarını da etiraf edir.

F-1.az xatırladır ki, mövsümün ilk 5 yarışının hamısında qalib gələn komanda dörd dəfə də dubla sevinib – yalnız Avstraliya Qran Prisində gerilərdən başlamalı olan Serxio Peres finişi beşinci yerdə keçib. Komandanın hesabında 224 xal var və ən yaxın izləyicisini iki dəfədən çox qabaqlayır. Başqa sözlə, onlar ilk beş yarışda cəmi 11 xal “yandırıblar”.

Sürücülər çempionatında da hər iki sürücü ilk ikilikdə qərarlaşıb. Maks Ferstappen 119 xalla üçüncü tituluna doğru irəliləyir, lakin komanda yoldaşı da ondan çox geri qalmır – 105 xal.

Kristian Horner: “Formula1-də rəqiblərə heç vaxt güzəşt etmək olmaz. Bu il mövsümə çox yaxşı başladıq, bu bizim ən yaxşı startımızdır. RB18-dən RB19-a doğru irəliləyiş əldə etdik. Amma bu, gözlənilən addımdır. Təəccüblüdür ki, rəqiblərin sanki ayaqları altından torpaq qaçıb. Əminəm ki, onlar bu problemi həll etmək üçün çox çalışırlar, buna görə də güc balansı çox tezliklə dəyişə bilər.

Bəzi komandaların ötən mövsümlə müqayisədə güclənməməsi bizi təəccübləndirdi, amma artıq İmolada onlardan çoxlu yeniliklər görəcəyik. Hələ heç nə qərarlaşdırılmayıb. Titullar riyazi cəhətdən təmin olunmadığı müddətdə hər şey ola bilər. Əla maşınımız, əla komandamız, iki gözəl sürücümüz var. Ancaq hələ çox uzun bir yol bizi gözləyir. İmola və Barselonada nə ilə qarşılaşacağımızı görənə qədər mühakimə yürütməyi dayandıraq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*