K.Horner: “Sürücü bazarının açarı Fetteldədir”

Red bull komandasının rəhbəri Kristian Horner bildirib ki, 2018-ci ildə sürücü bazarının açarı Sebastyan Fetteldədir və almaniyalı sürücünün qərarı "domino daşı" təsiri yaradacaq.

F-1.az xatırladır ki, dördqat Dünya Çempionunun komandası ilə müqaviləsi ilin sonunda bitir və tərəflər arasında hələ də yeni müqavilə imzalanmayıb.

Kristian Horner: “Hazırda sürücü bazarının açarı Sebastyanın əlindədir. Amma onun verəcəyi qərar Red Bull komandasının sürücü heyətinə təsir etməyəcək. Lakin onun qərarı ilə sürücü bazarındakı düyünlər açılacaq. Biz sürücülərimizdən razıyıq. Hər ikisi də işlərinə fokuslanıb. Onları satın ala biləcək məbləğ yoxdur.

Danielin komanda ilə olan müqaviləsi 2019-cu ildə bitsə də, o tarixə çox var. Bizimlə 5-ci mövsümünü tamamlayacaq. 2019-cu il yaxınlaşanda onunla danışıqlara başlayacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*