F-1.az xatırladır ki, Red Bull komandası 2014-cü ildən bəri istədiyi nəticəni qazana bilməyib və çempionluq uğrunda mübarizə aparmayıb. “Qırmızı öküzlər” son beş ildə çox az yarışlarda güclü görünmüşdülər. Avstriya komandası keçən ildən etibarən Honda ilə işləməyə başlayıb və yaponlardan tam dəstək alır.
Kristian Horner: “Honda 2019-cu ildə əla işlədi. Keçənilki mühərrik yenilikləri bizi gücləndirdi. Hazırda Mercedes-ə daha yaxınıq. Şassi tərəfdəki performansımız da ortaya çıxır. Bu mövsüm son 5 ilə nisbətən daha yaxşı hazırlıq prosesi keçmişik”.