K.Horner: “Sayns Toro Rosso-da qalır”

Red Bull komandasının rəhbərinin fikrincə, Karlosun Renault-ya keçməsi barədə söhbət belə gedə bilməz.

F-1.az xatırladır ki, Renault-nun gələn il heyətində görmək istədiyi sürücülərdən biri də Karlos Saynsdır. Lakin Kristian Horner onun üçün ən yaxşı yerin elə Toro Rosso olduğunu düşünür. O, bu barədə Sky Sports-a danışıb: “Renault deyəsən bu fikrindən dönüb. Saynsın Red Bull ilə uzunmüddətli müqaviləsi var. Hazırda komandamızın “kiçik qardaşı” sayılan Toro Rosso-da yarışır. Renault-nun daha yaxşı variant olduğunu düşünmürəm. Ona sərmayə yatırdıqdan, karyerasını dəstəklədikdən sonra Renault-ya göndərmək məntiqli olmaz”.

 

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*