K.Horner: Rikkardoya ikinci şans verilməlidir

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Alpine komandası Rikkardoya şans verməlidir.

F-1.az xatırladır ki, avstraliyalı sürücü ilin sonunda McLaren-dən ayrılacaq. Hazırda sadəcə Alpine komandasında boş yer var və ora üçün ən real namizəd Pyer Qasli və Daniel Rikkardodur. Lakin fransalı sürücünün şansı daha yüksək qiymətləndirirlir.

Kristian Horner: “Mən olsam, ona ikinci şans verərəm. O, Renault-da yarışarkən podiuma yüksəlmişdi. Onu yenidən qazana bilərlər. Bəzi səbəblərə görə McLaren onun üçün yaxşı təcrübə olmadı. O, boliddə özünü yaxşı hiss etmirdi. Belə olan halda da özünə olan inamı itir, amma o çox istedadlıdır. Ümid edirəm ki, ikinci şansı olar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*