F-1.az xatırladır ki, avstraliyalı sürücü bu mövsüm bir dəfə qələbə qazanmaqla 9 dəfə podiuma yüksəlib və 192 xal toplayaraq, 4-cü pillədə qərarlaşıb.
Kristian Horner: “Məncə, Danielin yarış istedadı mükəmməldir. Builki ötmələrin bəziləri mükəmməl idi. Montsada bir neçə vacib ötmə etdi və Sepanqda Bottasa etdiyi hücum mükəmməl idi. Bazar günləri Maksa nisbətən daha etibarlı bolidə sahib olur, amma əla yarışır. Hələ öyrənməyə davam edir. Gördüyü işdən xoşu gəlir və texniki cəhətdən çox güclüdür.
Komandaya pozitiv enerji verir. O və Red Bull bir-birilərinə uyğundurlar. Buna görə də əla kombinasiya yaranıb. Xarakteri yaxşıdır. Podiuma çıxanda əyləncə əmələ gətirir. İdmanın vacib xarakterlərindəndir. Hərtərəfli sürücüdür. Tək dövrədə güclüdür və yarış istedadı mükəmməldir. Boliddə baş verənləri tez anlayır. Yəni hər şeyi var. Bu il karyerasının podium rekordunu qırdı. Növbəti yarışlarda daha güclü ola bilər”.