K.Horner: “Rikkardo Ferstappendən güclü deyil”

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Maks Ferstappen Toro Rosso-dan Red Bull-a transfer olunduqdan sonra Formula1-də sürücü bazarı öləcək...

F-1.az xatırladır ki, İspaniyadan etibarən Maks Ferstappen Red Bull komandasında Daniil Kvyatı əvəz edəcək. Horner Ferstappenin çoxillik müqavilə imzaladığını təsdiqləyib. Qeyd edək ki, Ferstappenin adı daha əvvəl Ferrari və Mercedes-in transfer siyahısında gedirdi.

Kristian Horner: “Maks Ferstappen hazırda Formula1-də ən çox adı çəkilən sürücülərdən biridir. Buna görə də digər komandaların bu cür istedadlı və qabiliyyətli bir sürücü ilə maraqlanması normal haldır. Bu keçiddən sonra yaxın gələcəkdə Red Bull sürücüləri ilə əlaqəli sürücü bazarı da ölmüş olacaq.

Maks Formula1-də debüt edəndə, bəzi adamlar dedilər ki, onun 16 yaşı var və onun üçün Formula1 hələ tezdir. Amma o hazırda Formula1-ə həyəcan qatan sürücülərdən biridir və bu cür danışanları səhv çıxartdı.

Hələ öyrənəsi çox şey var, amma onun çiyinlərinin üzərində yetişkən bir baş var və indiyə qədər onun inkişafı mənə çox təsir etdi. Bu hələ də davam edəcək”.

Horner bildirib ki, Ferstappen bəzən özünü yeniyetmə kimi aparsa da, Red Bull onu idarə etməkdə çətinlik çəkməyəcək: “Keçmişdə də sürücülərimiz arasında problemlər olur. Yeni bir şey deyil.

İki sürətli sürücünüzün olmasını istəyərsiniz və burada heç bir problem görmerəm. O, həm gənc sürücü kimi, həm də gənc bir adam kimi yetişir. Onun təcrübə artdıqca, bəzi mövzulara baxış bucağı da dəyişəcək. Amma indi onun içindəki alovu, rəqabətədavamlılığı və böyük istedadı görə bilərsiniz.

O, Formula1-dəki ən güclü sürücü ilə komanda yoldaşı olacaq. Onun meyarı Daniel Rikkardo olacaq.

Danielin hazırkı performansına baxsaq, görərik ki, Ferstappendən yaxşı sürücü deyil. Buna görə də bizim sürücülərimiz çempionata həyəcan qatacaq”.

 

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*