K.Horner: “Reqlament sadələşdirilməlidir”

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Formula1-də reqlament bəsitləşsə, daha yaxşı yarışlar izləmək olar.

F-1.az xatırladır ki, Horner həmişə V6 hibrid mühərriklərdən narazı olub. Liberty Media komandalara gələcək planlarından danışacaq.

Kristian Horner: “Məncə, hazırkı mühərrik reqlamenti son 5 ildə idmana çox zərər verdi. Məncə, şassi və mühərrik reqlamenti çox qarışıqdır. Bunlar xərcləri artırırlar və komandalar arasında fərqlər böyüyürlər. Reqlament bəsitləşdirilməlidir. Belə olan halda sürücülər arasındakı fərq də hiss olunar. Ən yaxşı sürücülər bir-birlərilə mübarizə aparmalıdırlar. Komandalar yenidən istedadlı sürücülər axtarmalı olacaqlar. Bu cür rəqabəti digər seriyalarda görə bilirik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*