F-1.az xatırladır ki, Red Bull mövsümün ilk yarışı Bəhreyndə rahatlıqla qələbə dublu edib və indi hamı fikirləşir ki, “qırmızı öküzlər” bu il bütün yarışları qazanacaqlar.
Kristian Horner: “Mövsümün ilk yarışı həmişə gərgin keçir. Çox şey tərs gedə bilər. Mövsümə yaxşı başlamaq üçün komanda yaxşı işləməli idi.
Həftəsonu ərzində yarış tempinə fokuslandıq və bunun qarşılığını aldıq. Xüsusən də, yarışın ortasında Soft təkərlərlə əla işlədik. Keçən il burada xalsız qalsaq da, bu il 43 xalla evə qayıdırı1. Bu da yaxşı işlədiyimizi göstərir.
Rəqiblərimizi ciddiyə alırıq. İki həftdən sonra Ciddə, daha sonra Melburn yarışları var. İki-üç yarışdan sonra boliddəki zəif tərəfləri görəcəyik. Yenə də yaxşı başladıq və maksimum xal qazandıq. Növbədə 22 yarış var və əsas stabillikdir. Rəqiblərimizn növbəti yarışlarda geri dönməsini gözləyirəm”.