F-1.az xatırladır ki, Red Bull komandası 2018-ci ildə Renault ilə 12 mövsümlük tərəfdaşlığı pozub və Honda ilə müqavilə bağlayıb. Bunun əsas səbəblərindən biri də tez-tez yaşanan etibarlılıq problemləri olub.
Kristian Horner: “Onlara çox şans verdik. Çin, Avstriya və Meksikada qələbə qazanmağımıza kömək edən mühərrik verdilər. Monakoda isə bəxtimiz gətirdi. Çünki MGU-K olmadan yarışdıq. Boksda işləyən Renault işçilərinə heyranam. Amma, deyəsən, təkmilləşdirmə məsələlərində geridə qaldılar”.