K.Horner: “Renault-nun yeni mühərriyi Bakıda daha güclü olacaq”

Red Bull komandasının rəhbəri Kristian Horner yeni Renault mühərriyinin Kanada və Bakı yarışlarında fərq yaratmasını gözləyir...

F-1.az xatırladır ki, Daniel Rikkardo yeni mühərriklə Monakoda Red Bull-a 2013-cü ildə keçirilən Braziliya QP-dən sonra ilk poulu qazandırmışdı. Avstriyalılar strategiyada səhv edənə qədər Rikkardo qələbəyə yaxın görünürdü.

Horner bildirib ki, yeniliklər Monakoda dövrə başına 0.2 saniyə fərq yaradıblar, ancaq mühərriyə tələbkar traslarda bu fərq arta bilər: “Renault güc qurğusunun üzərində yaxşı işlədi və bunun xeyirlərini gördük. 0.2 saniyə sürətli idik və ümid edrik ki, Kanadada və Azərbaycanda bu fərq bir az da artacaq. Çox pozitiv bir addımdır və bu olmasa, poul qazana bilməzdik”.

Bir vaxtlar ayrılmağı düşünən Red Bull və Renault cütlüyü Monako QP-də 2018-ci ilin sonuna qədər müqavilə imzalayıblar.

Bu il Ferrari-nin 2015-ci il mühərriyindən istifadə edən Toro Rosso da eyni müddət ərzində Renault mühərriyini istifadə edəcək. Horner düşünür ki, fransızlarla davam etmək ən doğru addımdır: “Müqaviləni iki il daha artırmaq məntiqli bir qərar idi. Renault-dakı yenidənqurma işləri, əzm və qoyduqları investisiya qərar verməyimizə kömək etdi. Biz onlara yaxşı miqdarda pul verdik və mühərriyə istədiyimiz adı qoya bilərik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*