K.Horner: “Renault bizə söz vermişdi ki, Mercedes-ə çatacaq…”

Red Bull komandasının başçısı Kristian Horner keçən il Renault motorçularının verdikləri vədin üstündə durmamalarından çox narazıdır.

F-1.az xatırladır ki, 2014-cü ildə Red Bull komandası 3 qələbə qazansa da, keçən il podium uğrunda mübarizədən belə kənarda qalmışdı…

Kristian Horner: “2014-cü ildə məlum oldu ki, Mercedes-in hazırladığı turbomotor çox güclü alınıb, amma onlar problemlərlə üzləşdikdə biz fürsətdən istifadə edib qələbə qazandıq. Həmin il Ferrari və Renault motorlarının effektivliyi eyni dərəcədə idi və 3 qələbədən sonra motorçular bizə söz verdilər ki, 2015-ci ildə Mercedes-ə çatacaqlar.

Buna görə də bizim mövsümdən gözləntimiz çox idi. Biz daim qələbə qazanmaq istəyən komandayıq, qələbə olmadıqda isə məyusluq qaçılmazdır. Biz motorlarla bağlı vəziyyətə nəzarət edə bilmədiyimiz üçün məyus idik. Mövsümün əvvəlində bizim şassi ilə də bağlı problmelərimiz var idi, amma biz problemləri həll etdikdən sonra məlum oldu ki, həddindən artıq rəqabətədavamlı şassimiz var…”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*