Kristian Horner: “Binottonun işdən çıxarılması məni təəccübləndirmir. Red Bull-da olduğum müddətdə Ferrari altı idarəçi dəyişib. Sürətli maşınları olsa da, bu il çətin anlar yaşadılar. Ferrari-nin rəhbəri olmaqla maraqlanmıram. Red Bull-u tərk etmək fikrində deyiləm. Mən lap əvvəldən bu komandada olmuşam və bura çox bağlıyam”.
Xatırladaq ki, Binotto bu ayın axırı komandadan ayrılacaq və onu kimin əvəz edəcəyinə hələ də aydınlıq gəlməyib.