K.Horner qorxur

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Mercedes növbəti iki yarışda güclü olacaq.

F-1.az xatırladır ki, son 8 ilin çempionu Mercedes bu mövsümə pis başlayıb və hələ də qələbə qazanmayıb. Lakin əksəriyyət düşünür ki, “gümüşü oxlar” Britaniyada və Fransada sürprizlər edə bilər.

Kristian Horner: “Mercedes-in Silverstounda güclü olacağına inanıram. Pol Rikarda güclü olmamaları üçün hər hansı səbəb yoxdur. Ferrari də Silverstounda güclü olacaq. Ora bizim üçün çətin ola bilər. Ardıcıl 6 qələbə qazansaq da, Britaniyada bizi çətin yarış gözləyir. Qalib gəlmək istəyərik, ancaq vəziyyət getdikcə çətinləşir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*