K.Horner: “Qəzalarda ən çox itirən komanda olur”

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, iki komanda yoldaşı yarışda bir-birinə çırpılanda ən çox itirən komanda olur.

F-1.az xatırladır ki, Braziliya yarışımım son dövrələrində Ferrari komandasının sürücüləri Sebastyan Fettel və Şarl Lekler bir-birlərinə təmas etmiş və mübarizəni dayandırmışdılar. Red Bull komandasında da daha əvvəl belə hadisələr yaşanıb. 2010-cu ilin Türkiyə yarışında Sebastyan Fettel və Mark Uebber, 2018-ci ilin Azərbaycan yarışında isə Daniel Rikkardo və Maks Ferstappen qəza etmişdilər.

Kristian Horner: “Bu cür hadisələr ssenaridən asılıdır. Hər komanda buna fərqli yanaşır. Fərqli insanlar da məsələni fərqli formada təhlil edirlər. Buna görə də Ferrari barədə bir şey demək çətindir. Lakin belə hallarda itirən həmişə komanda olur. Çətin vəziyyətdir. O qəzanı mənim sürücülərim yaşamadığı üçün xoşbəxtəm. Yarış sürücüləri əsl mübarizəçi heyvanlardılar. O əsnada komandanın və ya şəxsi seçimləri arasında qala bilirlər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*