F-1.az xatırladır ki, Rikkardo yarışın 40-cı dövrəsində düzlükdə komanda yoldaşı Ferstappenə hücum edərkən, arxadan çırpılıb və nəticədə hər iki sürücü mübarizəni dayandırıb.
Kristian Horner: “Bunu uzun-uzadı müzakirə etdik. Bu barədə yarışdan əvvəl səhər də danışmışdıq. Keçən il Force İndia sürücülərinin etdikləri səhvi təkrarlamaq istəmirdik. Onların yarışmağına icazə vermək istəyirdik və demişdik ki, bir-birinizə yer buraxın. Heyif ki, belə olmadı. Sürücülərimiz sərt yarışırdılar. Limitdə idilər və bizim üçün hər şey yaxşı idi. Heyif ki, bu hadisə yaşandı. Yarış insidenti idi və ikisi də eyni dərəcədə günahkar idi. Yarışın sonunda Təhlükəsizlik Maşınının çıxmasına ümid edirdik. Amma buna səbəb olacağımız ağlımıza gəlməzdi”.