F-1.az xatırladır ki, Qasli sıralanma turunda komandanın səhv strategiyasına görə sıralanma turunun ikinci sessiyasına keçə bilməyib. Yarışda da pis start alan fransalı sürücü yekunda 11-ci yeri tutaraq xalsız qalıb.
Kristian Horner: “Karlos istedadlı sürücüdür və McLaren-də çıxış etdiyinə görə sevincliyəm. Amma biz düşünürük ki, Pyer daha potensiallıdır. Yaşla əlaqədar deyil. İki sürücünün yaşının cəmi mənim yaşımdan azdır. Halbuki komandanın ən gənc üzvlərindənəm. Maks keçən ilin ikinci hissəsində mükəmməl performans göstərdi. Pyeri isə uzun və çətin yol gözləyir. Toro Rosso-da bir il yarışdıqdan sonra Red Bull-a gətirdik. Bəlkə, bir az tez oldu, amma ona dəstək olacağıq”.