F-1.az xatırladır ki, Qasli 2016-cı il mövsümünün sonunda Kvyatı əvəzləmək üçün ən real namizədlərdən biri sayılsa da, Red Bull rusiyalı sürücü ilə olan müqaviləni daha bir il uzatmışdı. Qasli bundan sonra incikliyini gizlədə bilməmişdi.
Amma Horner bildirib ki, fransalı sürücünün istedadına bələddir və əmindir ki, gələcəkdə Formula1-də çıxış edəcək: “Qasli 2016-cı ildə əla işlər gördü. Onun GP2 çempionluğunu gördüyümüz üçün sevincliyik. Bu uğuru qazanmalı idi və indi hamıya göstərdi ki, çox güclü sürücüdür.
Hazırda onun üçün Formula1-də yer yoxdur. Amma mən əminəm ki, o bir gün Formula1-də olacaq. Gələcəkdə nə olar bilmirəm, amma həmişə hazır vəziyyətdə olmalıdır”.